Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayonu Çobankol kənd Mədəniyyət evində Fizuli və Cəbrayıl rayonlarının işğal günü ilə bağlı dəyirmi masa təşkil edilmişdir

22.08.2019

Avqustun 22-də Zaqatala rayonu Çobankol kənd Mədəniyyət evində, kənd kitabxanası və Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Azərbaycanın Fizuli və Cəbrayıl rayonlarının işğal günü ilə bağlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə kitabxana və mədəniyyət evinin əməkdaşlarından İradə Nurullayeva, Saniyyə Nebiyeva və Zəminə Cəfərova çıxış edərək, işğal olunmuş rayonlar haqqında məlumat vermiş, Azərbaycanın müstəqilliyinin ilk illərində o vaxtkı siyasi hakimiyyətin yol verdiyi ciddi və bağışlanılmaz səhvlər, respublikada yaranmış xaos və anarxiya, ordu quruculuğunun ləngidilməsi səbəbindən Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının və digər ərazilərin işğalı ilə nəticələnməsi qeyd olunmuşdur. Daha sonar çıxış edən Çobankol kənd məntəqəsinin baş həkimi Nazim Nurullayev Fizuli və Cəbrayıl rayonlarının işğal tarixi, bu işğalın nəticəsi kimi itirilən maddi sərvətlər, həmçinin  Fizuli və Cəbrayılın şəhidləri haqqında geniş məlumat vermişdir. Çıxışda vurğulanmışdır ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın tezliklə Ermənistanın işğalından azad edilməsi üçün məqsədyönlü və qətiyyətli siyasət aparır. Xalqımız inanır ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü tezliklə bərpa edəcək, məcburi köçkün olan həm vətənlərimiz öz doğma yurdlarına qayıdacaqlar.

 

28.5 KB

 

24.8 KB

 

30.3 KB