Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayonu Katex kənd kitabxanasında uşaqlarla görüş keçirilib

20.08.2019

20 avqust 2019-cu il tarixdə Balakən MKS-nin Katex kənd kitabxanasında Katex 1 saylı Uşaq bağçasının uşaqları ilə görüş keçirilib. Görüşdə bağçanın müəllimləri və valideyinlərdə iştirak ediblər. Kitabxananın müdiri Tahirə Əfəndiyeva uşaqları salamlayaraq, onları kitabxana ilə tanış edib və uşaqlara ən maraqlı nağıllardan oxuyub. Sonra uşaqlar sevdikləri şeirləri söyləyiblər. Uşaq bağçasının tərbiyəçi müəllimləri Sevil Qeşova və Xacey Alqayeva belə görüşlərin tez-tez keçirilməsinin uşaqlarda dünyagörüşün formalaşmasındakı əhəmiyyətindən danışaraq, tədbirin təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

 

33.5 KB

 

27.5 KB

 

25.4 KB