Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Mədəniyyət Mərkəzində “Muğamatımızın Seyidi” adlı ədəbi-bədii gecə təşkil olunub

10.08.2019

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində Azərbaycanın böyük muğam ustadı Seyid Şuşinskinin 130 iliyi ilə əlaqədar “Muğamatımızın Seyidi” adlı ədəbi-bədii gecə təşkil olunub. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndləri,  mədəniyyət və kitabxana işçiləri,  müəllimlər,  muğamsevərlər və musiqili qonaqlar iştirak ediblər. Tədbir açıq elan edildikdən sonra,  xanəndəlik məktəbinin qüdrətli sənətkarı Seyid Şuşinskinin həyat və yaradıcılığı haqqında Mədəniyyət Mərkəzinin baş metodisti Rəna Məcidova geniş məlumat verib. Aparıcı tədbir boyu xalqımızın mənəvi dünayasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan, qədim muğam sənətindən, muğam sənətinin sirlərindən söhbət açıb. Tədbirdə Qax İncəsənət məktəbinin muğam şöbəsinin baş müəllimi Hümmət Əliyev ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik sənət fədaisinin həyat xatirələrindən danışaraq, xalq muğamlarından nümunələr gətirib. Tədbirdə rayonun el şənliklərinin daimi iştirakçısı Nizami Babayev muğam ustadına hörmət əlaməti olaraq “Şur” muğamını, ifaçılardan Əfraim Yəhyayev, Kəmalə Muradova və Xuraman Camalova rəngarəng musiqi nömrələrini səsləndiriblər. Azərbaycan vokal-estrada musiqisinin təbliğındə xüsusi yeri olan sənətçi, Azərbaycan Dövlət Mədəniyyət Universitetinin estrada kafedrasının müəllimi İntiqam Kərimovun geniş diapazonlu, nadir səsə malik olan muğam sənət ustadı, ”Çahargah” muğamının “ata”sı Seyid Şuşinski haqqında dəyərli fikirləri dinlənildikdən sonra Əfraim Yəhyayevin ifa etdiyi “Şuşanın dağları” xalq mahnısı gecədə xoş ovqat yaradıb.

 

100.8 KB

 

90.4 KB

 

94.5 KB