Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qax rayon Heydər Əliyev Mərkəzində fəal gənclərin elektron kitabxanadan istifadəsinin təşkilinə həsr edilmiş tədbir təşkil edilmişdir

08.08.2019

Avqustun 8-də Qax rayon Heydər Əliyev Mərkəzində fəal gənclərin mərkəzdə fəaliyyət göstərən elektron kitabxanadan istifadəsinin təşkilinə həsr edilmiş tədbir təşkil edilmişdir. Tədbirdə kitabxanaların funksiyasından, Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində olan 2 №-li şəhər kitabxanasının fəaliyyətindən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, bu kitabxana 2018-ci il tarixdən Qax rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir. Qax MKS 2 nömrəli şəhər kitabxanasının 2018-ci ildə kitab fondu 5912 nüsxə, kitab verilişi 15 000 ədəd, oxucu sayı 802 nəfər olmuşdur. Hesabat dövrü ərzində kitabxananın oxucu kontingenti müəllimlər, həkimlər, fəhlələr, ali məktəb tələbələri və orta məktəb şagirdləri və s. olmuşdur. 2018-ci ildə kitabxanaya 113 nüsxə yeni kitab daxil olmuşdur.

Sonra  Jalə Ziyadova tədbir iştirakçılarına kitab oxumanın faydalarından danışıb. Daha sonra Elektron kitabxananın iş prinsipinin təqdim edilməsi üçün tədbir iştirakçıları kompüter arxasına dəvət olunublar. Mərkəzin əməkdaşı Nazlı Mehdili Elektron kitabxananın quruluşu haqqında izahat verib. Qeyd edilib ki, biz məhz bu yeni sistem vasitəsilə istənilən kitabın oxunması mümkündür. Elektron kitabxana oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olaraq, bir xidmət növüdür. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir. Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir.

Beləliklə, biz kitab oxumaq üçün uzun məsafələr qət etmirik, həm də vaxtımıza qənaət edirik. Bu təqdimat iştirakçılarda böyük maraq yaradıb. Sonra nümunə olaraq Mirzə Fətəli Axundov adına Mərkəzi Kitabxanadan bir neçə elektron kitab seçilərək, oxuculara təqdim edilib. Tədbir rayon gəncləri üçün yaddaqalan və faydalı olmuşdur.

 

23.2 KB

 

17.6 KB

 

30.7 KB