Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bəxtiyar Vahabzadənin ev-muzeyində görkəmli Azərbaycan şairi Seyid Məhəmmədhüseyin Şəhriyarın yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

08.08.2019

İyul ayının 1-dən 31-nədək Bəxtiyar Vahabzadənin ev-muzeyində zəngin ədəbi irsi ilə yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə şöhrət qazanmış Seyid Məhəmmədhüseyin Şəhriyarın yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Tədbirlərdə Şəhriyarın “Heydər babaya salam” poemasının Azərbaycan ədəbiyyatında mühüm yer tutaraq, əlamətdar ədəbi hadisə olduğu qeyd edilmiş, B.Vahabzadənin cənub mövzusundan, onun Şəhriyarla dostluq, qardaşlıq münasibətindən, Şəhriyarın Bəxtiyarla görüşə bilməməsindən, şairin Fars ədəbiyyatında müasir şeirin hafizi adlandırıldığından söhbət açılmışdır.

Yalnız İranın deyil, bütün Şərq aləminin və Türk dünyasının böyük ədəbi simasına həsr olunmuş aylığın yekun tədbiri onun doğum günü ərəfəsində, Təbrizdə, şairin ev-muzeyində və onun məqbərə muzeyində davam etdirilmişdir.

B.Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəryəbəyli tədbir ərəfəsində Marağa şəhərində olmuş, Bəxtiyar dünyasına yaxın, Şəhriyarla dost olmuş, yazıçı, rəssam, heykəltaraş, xəttat Heydər Abbası-Barışmazla görüşmüş və B.Vahabzadənin qızı Gülzar xanımın hədiyyə kitablarını Şəhriyarın Təbrizdəki ev-muzeyinə və ustad Barışmaza çatdırmışdır.

 

139.3 KB

 

201.7 KB

 

134 KB