Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayonu Çobankol kənd kitabxanasında “Ana dili, vətən dili” başlığı altında uşaq səhərciyi təşkil edilib

01.08.2019

1 avqust 2019-cu il tarixdə Zaqatala rayonu Çobankol kənd kitabxanasında kitabxana işçiləri və kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Ana dili, vətən dili” başlığı altında uşaq səhərciyi təşkil edilmişdir. Tədbirdə Mədəniyyət evinin mədəni təşkilatçısı Zəminə Cukova Azərbaycan dilinin zənginliyi haqqında məruzə edib. Sonra kitabxananın kiçik oxucularından olan Leyla, Aylin, Şərif Şəki lətifələrini söyləyib, İlkin, Emiliya və Emin “Meyvələrin söhbəti” nağılından kiçik səhnəcik nümayiş etdiriblər. Bəxtiyar Vahabzadənin “Ana dili” və “Azərbaycan” şerlərinin səsləndirilməsi ilə tədbir sona çatıb.

 

26.1 KB

 

35.1 KB

 

31 KB