Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Kəpənəkçi kənd Körpələr evində “Ana dilim, şirin dilim” başlığı altında uşaq səhərciyi təşkil olunmuşdur

01.08.2019

Avqusun 1-də Zaqatala rayon Kəpənəkçi kənd Körpələr evində kənd Mədəniyyət evi ilə birgə Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar olaraq “Ana dilim, şirin dilim” başlığı altında uşaq səhərciyi təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə baxçanın müdiri İranə Həsənova açaraq, baxçada ana dilinin körpələrə tədrisi barədə məlumat verdikdən sonra Körpələr evinin müəllimi Mətanət Hüseynova ana dilinin zənginliyi və şirinliyindən bəhs edən məruzə ilə çıxış edib. Mədəniyyət evinin müdiri Camvəddin Kərimov çıxışında Azərbaycan əlifbasının və Azərbaycan dilinin gözəlliklərindən danışıb. Sonda Mədəniyyət evinin metodisti Minəxanım Qədimova Azərbaycan dilinin işlənmə coğrafiyasından və dilimizin xarici ölkələrdə sevilməsindən bəhs edib. Çıxışların ardınca körpələrdən Zibeydə İsayeva “Vətən”, Havva Xəlilova “Azərbaycan” və Nazlıxanım Qurbanova “Tülkü” şeirlərini səsləndiriblər.

 

31.5 KB

 

26.5 KB

 

27.4 KB