Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayonu Qazbinə, Hənifə və Mahamalar kənd kitabxanalarının birgə təşəbbüsü ilə “Ana dili, söz xəzinəsi” başlığı altında dəyirmi masa keçirilib

01.08.2019

1 avqust 2019-ci il tarixdə Qazbinə, Hənifə və Mahamalar kənd kitabxanalarının birgə təşəbbüsü ilə “Ana dili, söz xəzinəsi” başlığı altında azərbaycan dili və əlifbası günü ilə əlaqədar dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə Mahamalar kənd kitabxanasının filial müdiri Aybəniz Kaşlayeva açaraq,  Azərbaycan dilinin tarixi haqqda məruzə etdi.

Hənifə kənd kitabxanasının filial müdiri Dinarə Qarayeva Azərbaycan dilinin zənginliyindən, onun tarixindən, Ulu Öndər Heydər Əliyevin təşəbüsü ilə keçirilmiş bir çox siyasi tədbirlərdən söhbət açdı.

Kitabxananın fəal oxucularından Elvira Qarayeva və Mesed Qarayeva 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstusyasında azərbaycan dilinin Azərbaycan respublikasının tarixində ən mühüm hadisələrdən biri olduğundan danışdılar.

 

104.3 KB

 

105.6 KB