Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Dilimiz və dilimizin qorunub saxlanılması yolunda Azərbaycan ədəbiyyatının rolu” mövzusunda məlumat saatı keçirildi

01.08.2019

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar olaraq yay məktəbi layihənin fəal iştirakçılarına "Dilimiz və dilimizin qorunub saxlanılması yolunda Azərbaycan ədəbiyyatının rolu" mövzusunda məlumat saatı təşkil olunmuşdur. Kitabxana işçisi Sevinc Abakarova tədbiri açaraq bildirdi ki, millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin varlığını təsdiq edir. Amma millətin varlığını ən birinci təsdiq edən onun dilidir. Əcdadlarımızın bizə miras kimi bəxş etdikləri ana dilimiz bayatılardan, dastanlardan süzülərək, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli kimi dühaların zəngin irsi ilə indiyədək qorunub saxlanılıb. Fəal oxucu Sayalı Mollayeva bu günün tarixi əhəmiyyəti haqqında oxuculara geniş məlumat verdi. Dil-ədəbiyyat müəllimi Ülviyyə Cumazadə öz dilimizi sevməklə bərabər  başqa dillərin də bilməsini tövsiyə etdi.

Sonda məktəblilərin Bəxtiyar Vahabzadənin “Ana dili” şeirinə həsr olunmuş  kompazisiya  “Dilimiz milli mənəvi dəyərlərimizdir” adlı sərgi maraqla qarşılandı.

 

62.8 KB

 

72.5 KB