Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qanla yazılan şərəfli tarix”

19.01.2018

19 yanvar 2018-ci il tarixdə M.İsmayılov adına  diyarşünaslıq evi MKS-nin  N.Nərimanov  adına 8 saylı kitabxana filialı ilə birgə 20 Yanvar şəhidlərinin 28-ci ildönümü ilə  əlaqədar  “Qanla yazılan şərəfli tarix” adlı anım günü keçirildi. Tədbir Dövlət Himni ilə başladı. Sonra  şəhidlər bir  dəqiqəlik  sükutla yad edildi. M.İsmayılov adına diyarşünaslıq  evinin direktoru Qarayeva Tahirə 20 Yanvar şəhidləri haqqında  geniş məlumat verdi: 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet İttifaqı rəhbərliyinin və onun Azərbaycandakı nökərlərinin əli ilə xalqımıza qarşı divan tutuldu.

Şagirdlərdən Paşayeva  Günel, Səfərova Zəhra,  Mustafayev Eltov,  Abdullayeva Ahu,  Aydınlı Pərvin, Salamova  Aylinin ifasında “Ağla qərənfil ağla”, “Qərənfil şəhid qanı”, “Azadlıq”, “Analar anar ağlar” və s. şeirlər səsləndi. Tədbirdə  20 Yanvar  şəhidlərinə  həsr olunmuş  “Qanla yazılan tarix” adlı  sərgi də nümayiş olundu.  

 

186.1 KB

 

226.7 KB

 

156.8 KB