Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Şəhər Mədəniyyəte evində “Sizi deyib gəlmişəm” adlı ədəbii-bədii gecə keçirilib

10.07.2019

10 Iyul 2019-cu il tarixdə Zaqatala rayon Şəhər Mədəniyyət evində böyük ədib Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş “Sizi deyib gəlmişəm” adlı ədəbii-bədii gecə keçirilib. Tədbiri giriş sözü ilə Şəhər Mədəniyyət evinin müdiri Çingiz Hümbətov açaraq, cənab Prezidentin Sərəncamları ilə mədəniyyət sahəsində görülən işlərdən və C.Məmmədquluzadənin yaradıcılığından söhbət açıb. Sonra metodist Ülkər Kərimova ədibin həyatı haqqında danışıb. Bədii rəhbər Mədinə İsmayılova atalar sözlərindən sitatlar gətirərək, Cəlil Məmmədquluzadənin dili ilə tamaşaçıları tanış edib. Mərkəzi Kitabxanalar Sisteminin direktoru Gülniyar Məmmədova və Mərkəzin bədii rəhbəri Samirət Hümbətova Mirzə Cəlil yaradıcılığının günümüzlə səsləşməsindən, xurafatın, elmsizliyin cəmiyyətə verdiyi zərərdən danışıblar.  Daha sonra şəhər Mədəniyyət evinin həvəskarlarının ifasında müəllifin  “Poçt qutusu” hekayəsi oynanılıb. Tamaşa və tamaşadan sonra xanəndə Şəhriyar Hümbətovun, müğənnilər Röyal Musa və Məcid Ramazanovun çıxışları alqışlarla qarşılanıb.

 

29.9 KB

 

21.9 KB

 

30.1 KB