Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bakı şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə əlaqədar olaraq Qax rayon MKS–də müxtəlif sərgilər təşkil olunmuşdur.

30.06.2019

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə etmişdir.

Bu münasibətlə Qax Mərkəzi Kitabxanasında”Azərbaycan dünyam mənim ” adlı kitab sərgisi təşkil edilmişdir. Sərgidə Azərbaycan torpağının bəşəriyyətə bəxş etdiyi Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, A.Bakıxanov, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Hüseyn Cavid, C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza və digər korifeylərin əsərləri sərgilənmişdir.

 “Milli mənəvi dəyərlərimiz-dilimiz, dinimiz, adət-ənənələrimiz“ adlı digər sərgi də əsas məqsəd xalqın milli mənəvi dəyərlərini qorumaq, gələcək nəsillərə çatdırmaqdan ibarət olub. Sərgidə Ulu Öndər Heydər Əliyevin “Biz özmilli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Biz öz milli mənəvi dəyərlərimizlə, dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” kimi dəyərli kəlamlarından istifadə edilmişdir. Tədbirdə İnformasiya resurs şöbəsi tərəfindən hazırlanmış “Milli-mənəvi dəyərlərimiz-dilimiz, dinimiz, adət-ənənələrimiz “adlı buklet iştirakçılara təqdim olunmuşdur.

 “El sənətimiz –saz və aşıq sənəti” adlı daha bir sərgidə Qurbani (XVI əsr), Abbas Tufarqanlı, Sarı Aşıq (XVII əsr), Xəstə Qasıın, Aşıq Valeh, Aşıq Dilqəm (XVIII əsr), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli (XIX əsr) , Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan. Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov, Ədalət Nəsibovun əsərləri ilə bərabər onlar haqqında kitablar nümayiş etdirilib. Sərgidə eyni zamanda Azərbaycan Aşıq sənətinin 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ siyahısına daxil edilməsi haqqında qürur gətirici məlumatlarda əks olunmuşdur.

 

42.3 KB

 

48 KB

 

103.5 KB