Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan ədəbiyyatı tarixinin parlayan günəşi ” adlı tədbir keçirilmişdir

09.07.2019

9 iyul 2019-cu il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin və Akademik Zərifə Əliyeva adına liseyin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş  “Azərbaycan ədəbiyyatı tarixinin parlayan günəşi ” adlı tədbir keçirilmişdir.  Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Tədbirdə şagirdlər tərəfindən Azərbaycan xalqının parlayan günəşi Nizami Gəncəviyə dair müxtəlif şeir və mahnı kompozisiyaları səsləndirilmişdir. Bundan başqa şagirdlərin iştirakı ilə Nizami Gəncvinin əsərlərindən götürülmüş parçalar səhnələşdirilmişdir. Şərq poeziyasının ecazkar müdrikliyindən söz düşəndə dünya şeiriyyatının aytək parlayan, günəştək nur saçan dahi  Azərbaycan şairi Nizami Gəncəvi göz önünə gəlir. Şairin yaradıcılığı xalqımızın mənəvi həyatının əvəzolunmaz bədii nailiyyəti, qədim Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin parlaq səhifəsidir. Tədbirdə Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aslanova Güllər çıxış edərək Nizami Gəncəvinin Azərbaycan və dünya mədəniyyətində tutduğu yerdən danışmışdır.  Daha sonra şagirdlərin ifasında müxtəlif rəqslərə baxılmışdır. 

 

125 KB

 

135.5 KB

 

126.1 KB