Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə “Şəki sözü, Şəki nəğməsi” adlı musiqili-ədəbi konsert proqramı təqdim olunub

09.07.2019

İyulun 9-da Bəxtiyar Vahabzadənin Şəkidəki ev muzeyində Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçılarının regionlara səfəri çərçivəsində “Şəki sözü, Şəki nəğməsi” adlı musiqili-ədəbi konsert proqramı təqdim olunub. Tədbirdə dahi şair Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş  “Azərbaycan”, “Gecələr”, “Nədən oldu”, “Gecələr bulaq başı”, “Yadındamı?”, “Sən olmuşam” və s. mahnılar səsləndirilib. Muzeyin gözəlliyi və musiqinin sehrinin birləşərək vəhdət yaratdığı bu tədbir iştirakçılara xoş anlar yaşadıb.

 

239.4 KB

 

110 KB

 

102 KB