Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbi hesabat konsertini təqdim edib

25.06.2019

Şəki Uşaq İncəsənət Məktəbi hesabat konsertini təqdim edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Eldar Rəcəbov açaraq qeyd edib ki, 2018-2019-cu tədris ilində məktəbdə müxtəlif ixtisaslar üzrə 487 şagird təhsil almışdır. Onların musiqi savadına yiyələnməsində 185 müəllim fəaliyyət göstərmişdir. Bu il məktəbi müxtəlif sahələr üzrə 86 məzun tamamlamışdır. Çıxışda məktəbin şagirdlərinin 2018-2019-cu tədris ilində istər respublika üzrə və istərsə də məktəbdaxili keçirilən müsabiqələrdə fəal iştirak etmələri və qazanılmış uğurları haqqında da danışılıb. Qeyd olunub ki, məktəbin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri IV Respublika müsabiqəsində müvəffəqiyyətlə iştirak etmişlər. Fortepiano ixtisası üzrə 2 nəfər, Xalq çağı alətləri üzrə 3 nəfər şagird 2-ci tura keçmişlər. 2-ci turda uğurla iştirak edən fortepiano ixtisası üzrə bir nəfər şagird müsabiqənin Fəxri fərmanı ilə, xalq çalğı alətləri şöbəsindən 2 nəfər şagird isə müsabiqənin diplomu ilə təltif olunmuşlar. Məktəbin xoreoqrafiya ixtisası üzrə şagirdləri Respublikada keçirilən müsabiqələrdə müvəffəqiyyətlə iştirak etmiş, məktəbə 102 birincilik gətirmişlər. Rəssamlıq ixtisası üzrə şagirdlər respublika səviyyəli sərgilərdə və tədbirlərdə öz rəsm işlərini nümayiş etdirmiş, diplom və fəxri fərmanlarla təltif edilmişlər. Hesabat dövrü ərzində məktəbdaxili tədbirlər və müsabiqələr müntəzəm olaraq keçirilmiş,  digər rayonlarda geniş konset proqramı ilə çıxışlar edilmişdir. 2018-ci il 13 dekabrında məktəbin yaranmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Məktəbin direktoru Eldar Rəcəbovun rəhbərliyi ilə Yeni Folklor və İnstrumental ansamblı yaradılmış və ansambl Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə keçirilmiş şəhər tədbirində, həmçinin “Bölgələrdən-bölgələrə” Yaradıcılıq Festivalında böyük uğurla çıxış etmişdir.

Hesabat məruzəsindən sonra öz işlərində müvəffəqiyyət qazanan müəllimlər, təhsildə fərqlənən şagirdlər fəxri fərman və diplomlarla təltif ediliblər. Təltif etmə bitdikdən sonra geniş və rəngarəng konsert proqramı tamaşaçılara təqdim olunub.

 

 

91 KB

 

92.1 KB

 

78.8 KB