Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Dünya xalqlarının rəqsləri uşaqların ifasında” adlı tədbir təşkil etmişdir

01.07.2019

Milli-mənəvi dəyərlərin daşıyıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim milli tariximiz, milli dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətiiz, ədəbiyyat və incəsənətimizdir.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən YUNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurmuş və təşkilatın fəaliyyətinə öz töhvəsini vermişdir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə etmişdir. Ümumdünya İrs Komitəsinin 43-ci sessiyasının layiqincə keçirilməsini təmin etmək məqsədi ilə  təşkilat komitəsi yaradılmış və komitənin sədri Mədəniyyət naziri Əbülfəs Qarayev seçilmişdir.

30 iyun - 10 iyul tarixində Bakıda YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü ssesiyası keçirilir. Dünyanın mötəbər təşkilatının öz tədbirlərini Bakıda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir. Azərbaycan–YUNESKO münasibətlərinin inkişafı əlaqələrinin möhkəmləndirilməsində prezident İlham Əliyevin, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın, Mədəniyyət və Xarici İşlər nazirliklərinin  rolu böyükdür.

Sessiyanın Azərbaycanda keçirilməsi münasibəti ilə Zaqatala Mərkəzləşdirilmiş Kitabxana Sistemi geniş tədbirlər keçirməyi nəzərdə tutmuşdur. Onlardan biri 1 iyul 2019-cu il tarixində keçirilmiş “Dünya xalqlarının rəqsləri uşaqların ifasında” adlanırdı. Tədbirdə balaca oxucuların ifasında müxtəlif ölkə xalqlarının rəqsləri nümayiş olundu. Mərkəzi kitabxananın qarşısında oxucuların, kitabxana işçilərinin və rayon ictimaiyyətinin iştirakı ilə reallaşan bu tədbir  maraqla qarşılandı.

 

 

98.2 KB

 

66.8 KB

 

63.4 KB