Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qonağı olub

29.06.2019

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində iyunun 28-də Zaqatala rayonunda olublar.
45-dən çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Zaqatalanın sosial-mədəni həyatı və tarixi məkanları ilə tanış olub, emal müəssisələrinə baş çəkiblər.
Diplomatik korpusun nümayəndələri Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən qarşılanıblar

Diplomatlara Zaqatalanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verilib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 129 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonu tarixən multikulturalizm ənənələri ilə də fərqlənir. Rayonda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.

Sonra diplomatlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Mərkəzdə müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya və poliqrafiya emalatxanası yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində hər gün xeyli sayda yeniyetmə və gənc məşğul olur.

 

227.3 KB

 

175.8 KB

 

175.8 KB