Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

B.Vahabzadənin ev muzeyində 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

26.06.2019

Bu gün Azərbaycan Milli Ordusunun yaradılmasından 101 il keçir! Ölkənin bir çox yerlərində olduğu kimi, B.Vahabzadənin ev muzeyində 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə “Ordum Varsa,Yurdum Var…” adlı tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi, polkovnik leytenant Yalçın Sadıqlı, şöbənin əməkdaşları və Şəki şəhərində xidmət edən bir qrup hərbiçilər iştirak ediblər. İştirakçılar Xalq şairinin ev muzeyini ekskursiya edərək, B.Vahabzadənin milli ruhda, vətənpərvərlik mövzusunda qələmə aldığı böyük əsərlər haqqında geniş məlumat alıblar.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, Şəki rayonu Turan qəsəbəsi Uşaq Musiqi məktəbinin şagird və müəllim kollektivi əlamətdar gün münasibətilə hazırladıqları musiqi proqramını təqdim ediblər.

Hərbiçilərin və mədəniyyət işçilərinin bu bayram görüşündə əlamətdar və unudulmaz anlar yaşanıb.

 

 

34 KB

 

48.2 KB

 

42.1 KB