Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki ağsaqqalları “Bəxtiyar ocağı”na baş çəkiblər

25.06.2019

Şəkinin bir qrup ağsaqqalları Bəxtiyar poeziyasının vurğunu,  şairlə yaxın ünsiyyətdə olmuş, Şəki ağsaqqallar şurasının sədri Vahid Qəniyevin təşəbbüsü ilə B.Vahabzadənin ev muzeyində görüş təşkil ediblər.

Tədbirdə sağlığında Bəxtiyar Vahabzadə ilə dostluq etmiş, onu yaxından tanıyan ziyalı ağsaqqallar şairlə bağlı unudulmaz xatirələrini bölüşüblər.

Çıxışlarda B.Vahabzadənin şeirlərinin həm yaşlı, həm də gənc nəsil tərəfindən sevildiyi və onun ədəbi irsinin öyrənildiyi qeyd olunub. Unudulmaz şairin “Muğam” poemasının 90 yaşlı ağsaqqal Vahid Qəniyevin ifasında əzbər səsləndirilməsi alqışlarla qarşılanıb. 

Çıxışlardan sonra B.Vahabzadənin sözlərinə bəstələnmiş musiqilər ifa olunub və görüş çay süfrəsi ətrafında uzun müddət davam edib.

 

 

115.8 KB

 

115.6 KB

 

86.7 KB