Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən MKS-nin İtitala kənd kitabxana filialında ”Ordum varsa, yurdum var” mövzusunda poeziya gecəsi keçirilib

24.06.2019

İyunun 24-də Balakən MKS-nin İtitala kənd kitabxana filialında Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar "Ordum varsa, yurdum var" mövzusunda poeziya gecəsi keçirilib.

Poeziya gecəsində Qarabağ münaqişəsinin qaziləri M.İskəndərov, R.Rəhimov, V.Mamedov, fəal oxucular, kənd icra nümayəndəliyinin əməkdaşları, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Poeziya gecəsini kitabxana müdiri R.Qurbanova açaraq, bayram münasibətilə iştirakçıları təbrik edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü - Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır. İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci il Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998 –ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Sonra fəal oxucu E.Şabanovanın "Silahlı Qüvvələr günü" başlığı altında məruzəsi dinlənilib. Məruzə dinlənildikdən sonra Qarabağ müharibəsinin veteranı  M.İskəndərov çıxış edib. Çıxışda qeyd olunub ki, müharibə müharibədir və o, itkisiz, qansız-qadasız olmur. Əgər Vətənimin – doğma Azərbaycanımın istiqlalının ən kiçik bir səhifəsi mənim qanımla yazıla bilərsə, mən bütün cismimi ulu yurduma qurban verməyə hazıram və inanıram ki, qeyrətli övladları olan ölkəm qalib gələcək və xoşbəxtlik sevincini yaşayacaqdır.

Fəal oxuculardan S.Qurbanovanın vəX.Mamedovanın da çıxışları dinlənildikdən sonra, məktəb şagirdləri Aytac Məmmədova, Zəminə Şabanova, Gözəl Musayeva, Samirə Xəlilova, Hülya Məmmədova, Şaban Şabanov, Emil Mustafayev, Əminət Şabanova və başqaları Z.Yaqubun "Dur ayağa məmləkətim", M.Qaraçuxurlunun “Əsgər qardaşım", M.Arazın “Əsgər oğul", "Azərbaycan əsgəri", "Şuşanı qaytarın" və digər şairlərin şeirlərini səsləndiriblər.

 

60.9 KB

 

63.9 KB

 

59.4 KB