Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Dövlət Rəsm Qalereyasında Milli Qurtuluş Günü münasibətilə “Dahi lider” mövzusunda dəyirmi masa keçirilib

13.06.2019

İyunun 13-də Şəki Dövlət Rəsm Qalereyasında Ulu Öndər Hüydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə hakimiyyətə qayıdışı, Milli Qurtuluş Günü münasibətilə “Dahi lider” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masa arxasında qalereyanın və Mərkəzi uşaq kitabxanasının əməkdaşları Ümummilli Liderin keçdiyi keşmə-keşli siyasət yolu mövzusunda fikir mübadiləsi apardılar. Qalereyanın direktoru İlahə Məmmədova giriş nitqi söyləyərək qeyd etdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yaddaqalmış və unudulmamışlar. Belə tarixi şəxsiyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Xalqın Ümummilli Lideri olmaq hər siyasi xadimə, hər dövlət rəhbərinə nəsib olmur. Heydər Əliyev Azərbaycan xalqının qarşısında duran vəzifəni, tarixi missiyanı həyata keçirməyə qadir siyasi rəhbər olmuşdur.

Sonra digər əməkdaşlar çıxış edərək, dərin zəka sahibi olan Ümummilli Lider Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət olduğunu qeyd etdilər.

 

105.8 KB

 

106 KB

 

89.7 KB