Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

R.B.Əfəndievin ev muzeyində “Qurtuluş – taleyimizə dogan günəş” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib

13.06.2019

İyunun 13-də R.B.Əfəndievin ev muzeyində 15 iyun Qurtuluş Günü münasibətilə əlaqədar olaraq MKS-nin R.B.Əfəndiyev adına 4 nömrəliı filialı və səhər 3 nömrəli məktəbin şagirdləri ilə birlikdə “Qurtuluş – taleyimizə dogan günəş” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru V.Qasımzadə açaraq, Qurtuluş Gününün yaranma tarixi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olmuşdur.

Kitabxanaçı Kəmalə Usubovaya mövzu ətrafında çıxış edərək, bu tarixi hadisənin respublikanın həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildiyini bildirib.

Çıxışlardan sonra məktəb şagirdlərinin bayram günü ilə əlaqədar hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.

 

 

184.6 KB

 

195.8 KB

 

166.5 KB