Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayonu Uzun tala kənd klubunda ”Qurtuluşa gedən yol”adlı dəyirmi masa keçirilib

12.06.2019

İyunun 12-də Zaqatala rayonu Uzun tala kənd klubunda klub və kitabxana işçiləri birgə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə "Qurtuluşa gedən yol" adlı dəyirmi masa keçiriblər. Tədbirin əvvəlində Uzuntala kənd klubunun müdiri H.Həsənova məruzə ilə çıxış edib. Çıxışda 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olduğu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruduğu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldıraraq, inkişafın təməlinin qoyulduğu qeyd olunub. Xalqımız 15 İyun – Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Tədbirdə Qurtuluş Günü ilə bağlı digər çıxışlar dinlənilib və məktəblilər Azərbaycana,Vətənə aid şeirlər səsləndiriblər.

 

33.9 KB

 

30.5 KB

 

27.7 KB