Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz şəhər 3 saylı məktəb-liseydə Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü münasibətilə tematik dərs təşkil edilib

12.06.2019

Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhər 3 nömrəli məktəb-liseydə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü münasibətilə tematik dərs təşkil ediblər. Mərkəzin direktoru Mehriban Abbasova şagirdləri yazıçı, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin təntənəli qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edərək, Azərbaycan ədəbiyyatında qeyri-adi istedad sahibi olan, zəngin və çoxsahəli yaradıcılıq yolu keçmiş Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, Cəfər Cabbarlı ədəbiyyat tariximizdə bir nasir, qüdrətli dramaturq, mədəniyyət tariximizdə ssenarist və librettolar müəllifi kimi özünəməxsus yer tutur. Poeziyamızda yaratdığı əsərləri ilə lirik-satirik  şair kimi də bir iz qoymuşdur. Cəfər Cabbarlı ədəbi irsini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev böyük dramaturqun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir neçə sərəncam imzalamış, bu sərəncamların dövlət səviyyəsində həyata keçirilməsinə şəxsən nəzarət etmişdir. Azərbaycanda 1982-ci il martın 22-i “Cəfər Cabbarlı günü” də sayıla bilər. Məhz həmin gün Bakı şəhərində ədibin möhtəşəm abidəsinin və ev- muzeyinin açılışı olmuş, təntənəli yubiley gecəsi keçirilmişdir. 1999-cu ildə isə Ulu Öndər Heydər Əliyev Cəfər Cabbarlının 100 illiyi haqqında sərəncamimz alamışdır. Daha sonra şagirdlər “Cəfər Cabbarlı-120” adlı videoçarxa tamaşa edərək, Cəfər Cabbarlının əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.

 

26.2 KB

 

25.5 KB

 

16.2 KB