Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Türk dünyası yazarlarının “Şair günləri” layihəsi çərçivəsində növbəti görüşü Şəki şəhərində baş tutub

11.06.2019

İyun ayının 11-də Bəxtiyar Vahabzadənin Şəkidəki ev muzeyində “Şair günləri” layihəsi çərçivəsində Türk dünyası yazarlarının növbəti görüşü baş tutub. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin və layihənin rəhbəri, “Mikayıl Müşviq” komissiyasının sədri, şair Xəyal Rza, İLESAM - Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin başqanı Məhəmməd Nuri Barmaksız, Qazaxıstan Yazıçılar Birliyinin katibi, şair Akberen Elgezek, Qazaxıstan Yazıçılar Birliyi Almatı filialının rəhbəri, şair Erlan Yunus, İLESAM-ın üzvləri Mehmet Ali Kalkan, İlter Yeşilay, Tunar Düz, Mehmet Özkoca, AYB Şəki filialının sədri, şair Vaqif Aslan, Şəki yazarları və ictimaiyyətin nümayındələri iştirak ediblər.

Görüşün əvvəlində Şəki şəhər İcra Hakimiyyətinin şöbə müdiri Rəfael Manafov qonaqları və iştirakçıları salamlayaraq, “Şair günləri” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin və Türk dünyası yazarlarının növbəti görüşünün qədim Şəki şəhərində keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib.

Şair V.Aslanın aparıçılığı ilə davam edən tədbirdə şair Xəyal Rzanın, İLESAM- Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin başqanı Məhəmməd Nuri Barmaksızın, Qazaxıstan Yazıçılar Birliyinin katibi, şair Akberen Elgezekin və digər yazarların çıxışları dinlənilib. Layihə rəhbəri Xəyal Rza layihə çərçivəsində  Sumqayıt, Şamaxı, Gəncə. Tovuz, Quba şəhərlərində keçirilən dostluq və qardaşlıq görüşlərindən danışaraq, növbəti görüşün Göyçay şəhərində keçiriləcəyini və Şəki görüşündən xüsusi təəsüratlar aldıqlarını bildirib.

Çıxışlarıdan sonra Şəki şəhər İcra Hakimiyyətinə və Qazaxıstan Yazıçılar Birliyinin katibi, şair Akberen Elgezekə layihənin xüsusi mükafatları təqdim olunub.

Tədbirdə Şəki şəhər 1 nömrəli məkəbin şagirdlərinin ifasında şeirlər və Şəki 3 nömrəli Uşaq Musiqi məktəbinin təqdimatında musiqi nömrələri səsləndirilib. Səmimi, dostluq və qardaşlıq şəraitində keçirilən görüş 

 

218.3 KB

 

219.4 KB

 

227.4 KB