Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində təhsil əməkdaşlarının iştirakı ilə müşavirə keçirilmişdir

08.06.2019

İyunun 8-də Zaqatala şəhəri 1 nömrəli tam orta məktəbdə “Azərbaycan dili” və “Azərbaycan tarixi” fənlərinin tədrisi metodikasının müasir tələblərə uyğun təkmilləşdirilməsi” mövzusunda zona müşavirəsi təşkil edilib. Aşıq dərslərdən sonra müşavirə Zaqatala rayon Heydər Əliyev Mərkəzində təhsil əməkdaşlarının iştirakı ilə davam etmişdir.

Zona müşavirəsində Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Təhsil İnstitutunun məsul əməkdaşları, Zaqatala, Balakən və Qax rayonlarının təhsil işçiləri – metodistlər, məktəb direktorları, müəllimlər və digər şəxslər iştirak edib.

 

 

119.9 KB

 

75.8 KB

 

80.2 KB