Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İlisu kənd diyarşunaslıq evində “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” mövzusunda şeir müsabiqəsi keçirilib

09.06.2019

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı verdiyi Sərəncamla əlaqədar İlisu kənd diyarşunaslıq evində tərtib olunmuş tədbirlər planına əsasən İ.Nəsiminin qəzəllərindən ibarət “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” mövzusunda şeir müsabiqəsi keçirilib. Müsabiqədə bədii qiraət dərnəyinin üzvləri iştirak ediblər. Öncə İlisu kənd diyarşunaslıq evinin direktoru Z.Əfəndiyeva İ.Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verib. Münsiflər heyəti tərəfindən Nigar Rəşidovanın, Aytac Mürsəlovanın, Aysun və Nəzrin Əhmədovaların ifasında səslənən qəzəllər daha yüksək qiymətləndirilib. İştirakçılardan Nigar Rəşidova Nəsiminin “Hardasan” qəzəli ilə müsabiqənin qalibi olub.

 

3.3 MB

 

3.1 MB

 

3.4 MB