Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon 7 illik Uşaq Musiqi məktəbinin kollektivi Zaqatalada öz həmkarları qarşısında çıxış ediblər

06.06.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi respublikanın musiqi məktəblərinin qarşısında bir çox vəzifələr qoymuşdur. Bununla əlaqədar olaraq Şəki Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə iyunun 6-da Oğuz rayon 7 illik Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərdən ibarət kollektivi ilə Zaqatala rayon 7 illik Uşaq İncəsənət məktəbi arasında dostluq görüşü baş tutub. Zaqatala H.Əliyev adına parkındakı qarşılanmadan sonra hər iki məktəbin kollektivi çay süfrəsi arxasında musiqi məktəblərinin fəaliyyəti haqqında geniş müzakirələr aparıblar. Daha sonra Zaqatala Uşaq İncəsənət Məktəbinin zalında Oğuz rayon Uşaq Musiqi Məktəbinin şagirdlərdən ibarət ansamblı tar, kamança, qarmon, fortepiano və xanəndəlik ixtisasları üzrə Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət solo ifalarla çıxışlar etmişlər. Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Görüşün sonunda Oğuz rayon Uşaq Musiqi Məktəbinin direktoru Nadir Bəbirov və Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin direktoru Fərhad Acırqayev çıxış edərək, belə dotsluq görüşlərinin məktəblərarası qarşılıqlı təcrübə mübadiləsi baxımından çox faydalı olduğunu bildiriblər.

 

33.6 KB

 

39 KB

 

42.7 KB