Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər N.Bədəlov adına folklor evində “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib

07.06.2019

İyunun 7-də Şəki şəhər N.Bədəlov adına folklor evində Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkomaniyaya yox deyək” mövzusunda  görüş keçirilmişdir. Görüşdə Şəki şəhər Polis Şöbəsinin əməkdaşları, polis baş leytenantı Tural Niftalıyev, Səlim Səlimov, Anar Talıbov,  Şəki şəhər Təhsil Şöbəsinin nümayəndəsi Anar Məmmədov, 21 saylı tam orta məktəbin dərs hissə müdiri,  məktəbin şagirdləri, müəllimləri və folklor evinin işçiləri iştirak etmişlər. Tədbirdə Anar Talıbov “Erkən nikah və Dini radikalizm”, Səlim Səlimov “Narkomaniya və onun fəsadları, Tural Niftalıyev isə yol hərəkəti qaydaları haqqında məlumat vermişdir. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və Şəki şəhər təhsil şöbəsinin əməkdaşı Anar Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

21.3 KB

 

24.1 KB

 

20.9 KB