Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Heydər Əliyev Mərkəzində İ.Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Ədəbiyyat üfiqində doğan günəş” adlı tədbir keçirilib

07.06.2019

İyunun 7-də Şəki Heydər Əliyev Mərkəzində İ.Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Ədəbiyyat üfiqində doğan günəş” adlı tədbir keçirilib. Mərkəzin foyesində təşkil edilmiş kitab və rəsm sərgisi ilə tanışlıqdan sonra Nəsiminin qəzəllərindən ibarət muğam ifaları səsləndirilib, “Nəsimi-650” videocarxı izlənilib.

Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov, Şəki fizika-riyaziyyat və humanitar təmayüllü litseyin müəllimi Günel Məmmədova, litseyin şagirdi Təbəssüm Abdullazadə və Mərkəzin bələdçisi Xuraman Səmədova çıxış ediblər.

Çıxışlarda Nəsiminin həyat və yaradıcılığı, zəngin bədii irsinin tədqiqi, şairin ardıcıllarının bədii dünyası, hürufilik fəlsəfi cərəyanı və həmin cərəyanın görkəmli nümayəndələri ilə bağlı təhlillərə geniş yer verilib.

Çıxışlardan sonra məktəblilərin ifasında “Ayrılır”, “Etməgil”, “Neylərəm”, “Apardı könül”, “Yanaram”, “Dünya duracaq yer deyil” qəzəlləri səsləndirilib və ən yaxşı ifaçılar diplomlarla mükafatlandırılıblar.

 

131.9 KB

 

146.1 KB

 

165.3 KB