Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər Uşaq İncəsənət məktəbinin kollektivi Qax rayonundakı həmkarları qarşısında geniş konsert proqramı ilə çıxış edib

19.05.2019

19 may 2019-cu il tarixdə Şəki şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivi Qax rayon Uşaq İncəsənət məktəbində geniş konsert proqramı ilə çıxış edib. Konsertdə fortepiano, rəqs ixtisaslarının şagirdləri və Kamera ansamblı bir-birindən maraqlı musiqi nömrələri, rəssamlıq şöbəsinin ixtisas sahibləri isə rəsm əsərləri ilə çıxış edərək, tamaşaçıların könlünü oxşayıblar. Yüksək peşakarlıqla ifa olunan çıxışların hər birinin alqışlarla qarşılandığı konsert proqramının sonunda Qax rayon Uşaq İncəsənət məktəbinin direktoru Xatirə İmamova çıxış edərək, təqdim olunan proqramı yüksək qiymətləndirdiklərini söyləyib və  məktəbin direktoru Eldar Rəcəbov başda olmaqla Şəki UİM-nin kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb. Tədbirin sonunda Eldar Rəcəbov Şəki Uşaq İncəsənət məktəbinin adından Şəkinin qədim küçələrindən birinin qaya daşı üzərində işlənmiş rəsm əsərini Qax rayon Uşaq İncəsənət məktəbinə xatirə hədiyyəsi olaraq təqdim edib.

 

89.9 KB

 

92.5 KB

 

67 KB