Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Heydər Əliyev Mərkəzində “Bəşərin böyük arifi-İmdəddin Nəsimi” adlı dəyirmi masa təşkil edildi

22.05.2019

22 may 2019-cu il  tarixində Oğuz rayon  Heydər Əliyev Mərkəzində şəhər 2 saylı orta məktəbin müəllim və şagird kollektivi ilə birgə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, anadilli poeziyamızda fəlsəfi şeirin əsasını qoyan, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Bəşərin böyük arifi-İmdəddin Nəsimi” adlı dəyirmi masa təşkil edildi. Tədbiri Mərkəzin direktoru Mehriban Abbasova açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan etmiş  və böyük Azərbaycan  şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalanmışdır.

Mərkəzin elmi işçisi Tünzalə Əsədova “Heydər Əliyev və Nəsimi yaradıcılığı” mövzusunda çıxış edərək bildirdi ki,  məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilmişdir. Yubiley ilində şairin həm Azərbaycan, həm də xarici dillərdə tərcümə edilmiş kitabları, haqqında tədqiqat əsərləri, biblioqrafiya işıq üzü görmüş, yubiley sərgiləri açılmışdır.1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəli ucaldılmış, “Nəsimi” filmi çəkilmişdir.

Daha sonra İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında video-çarxlara tamaşa edildi. Şagirdlərin ifasında  Nəsimi şeirləri səsləndirildi.

Tədbirdə çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Adil Heydərov bildirdi ki,  adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsinin təbliği, Azərbaycan mədəiyyətinin, ədəbiyyatının, incəsənətinin tanıdılması baxımında çox qiymətlidir və  gənc nəslin inkişafında mühüm əhəmiyyət malikdir.

Sonda şagirdlər “Bəşərin böyük arifi-İmadəddin Nəsimi” adlı sərgi ilə tanış oldular.

 

113.2 KB

 

116.5 KB

 

102.2 KB