Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər Uşaq İncəsənət məktəbində “İlham Əliyev milli mədəniyyətimizin hamisidir” mövzusunda mühazirə təşkil olunub

20.05.2019

20 May 2019-cu il tarixdə Şəki şəhər Uşaq İncəsənət məktəbində “İlham Əliyev milli mədəniyyətimizin hamisidir” mövzusunda mühazirə təşkil olunub.

Tədbiridə məktəbin direktoru Eldar Rəcəbov mühazirə ilə çıxış edərək, Prezident  İlham Əliyevin milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən, onun mədəniyyət və incəsənət xadimlərinə verdiyi yüksək qiymətlərdən, görkəmli bəstəkarların, ifaçıların, yazıçıların, rəssamların və ümumiyyətlə xidmətdə fərqlənən  bütün insanların yubileylərinin keçirilməsi haqda verdiyi qərar və Sərəcamlardan söhbət açıb.

Məktəbin dərs hissə müdiri Etibar Abbasov çıxış edərək, bir çox İncəsənət xadimlərinə öz yaradıcılıqlarında yüksək nailliyyətlər əldə etdiklərinə görə yüksək dövlət mükafatlarının, orden və medalların verilməsini, İlham Əliyevin mədəniyyət ocaqlarının əsaslı təmirinə diqqət yetirməsini, eləcə də Şəki UİM-nə ayrılan təmir vəsaitindən istifadə olunmaqla  yaxın aylarda məktəbin bir korpusunun əsaslı təmir olunaçağını qeyd edib. Sonra fortepiano şöbəsinin rəhbəri  Nəhayət Eldarova respublika daxilində keçirilən müsabiqələrə, festivallara geniş yer verilməsindən və bu sahəyə cənab Prezident İlham Əliyevin şəxsi diqqət və qayğısından danışıb. Sonda məktəbin kollektivi ölkədə aparılan quruculuq işlərini və islahatları alqışlayaraq, Respublikanın Prezidenti İlham Əliyevə daima dəstək olacaqlarını bildiriblər.

 

99.2 KB

 

98.6 KB

 

100.7 KB