Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev uşaqların gözü ilə” adlı tədbir keçirilmişdir

21.05.2019

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 21 may 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin və Akademik Zərifə Əliyeva adına liseyin birgə təşkilatçılığı ilə “Heydər Əliyev uşaqların gözü ilə” adlı tədbir keçirilmişdir. Tədbirə keçid almamışdan öncə iştirakçılar Mərkəzin həyətində Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ucaldılmış abidə önünə gül dəstələri qoyaraq xatirəsini yad etmişlər. Sonra məktəblilər dahi liderin Mərkəzdə fəaliyyət göstərən muzeyini ziyarət etmiş, həyat və fəaliyyəti ilə yaxından tanış olmuşlar. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Tədbirdə şagirdlər tərəfindən Heydər Əliyevə dair müxtəlif şeir kompozisiyaları səsləndirilmişdir. Bundan başqa şagirdlərin ifasında müxtəlif rəqslərə baxılmışdır.  Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev çıxış edərək Heydər Əliyev və azərbaycançılıq dəyərlərindən bəhs etmiş, görkəmli liderin uşaqlara göstərdiyi  xüsusi qayğıdan söz açmışlar. Daha sonra Ulu öndərin həyat və yaradıcılığına dair video-çarx nümayiş edilmişdir. 

 

83.3 KB

 

163.1 KB

 

66.5 KB