Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Xalq Tətbiqi Sənəti muzeyində “Nəsildən-nəsilə ötürülən sənət” adlı sərgisi təşkil edilmişdir

18.05.2019

Şəki Xalq Tətbiqi Sənəti muzeyində Beynəlxalq Muzeylər Günü Münasibətilə gənc şəbəkə ustası İlqar Tofiq oğlu Rəsulzadənin fərdi “Nəsildən nəsilə ötürülən sənət”  adlı sərgisi təşkil edilib.

Şəki sənətkarlığından söz düşəndə şəbəkə sənəti xüsusi olaraq qeyd olunur. Yaxın və orta Şərq memarlığında və dekorativ tətbiqi sənətində bədii konstruktiv forma olan şəbəkə Azərbaycan memarlığında IX-X əsrlərdən tətbiq edilməyə başlanılıb. Şəbəkədə ağacdan hazırlanmış ayrı-ayrı hissələr bir-birinə geyindirilir və bənd edilir. Bu zaman yapışqandan, mismark və digər bərkidici materiallardan istifadə olunmaması şəbəkəni xüsusi olaraq səciyyələndirir.   

Sərginin müəllifi olan İlqar Rəsulzadənin babası Əşrəf Yaquboğlu Rəsulov da öz dövründə milli sənət ənənələrini davam etdirən görkəmli şəbəkə ustası kimi yaşadıgı sovetlər dönəmində bir çox ümumittifaq sərgilərinin fəxri diplomçusu olmuşdur.

Ot öz kökü üstündə bitər deyiblər. Türk dünyasının mədəniyyət paytaxtı sayılan bu qədim torpaqda heç bir sənət itib batmır, nəsildən–nəsilə ötürülür. Əşrəf Rəsulov öz qiymətli sənətini oğlu Tofiqə bütün incəliyi ilə aşılayaraq, onu sevdirməyə nail olub. Tofiq Rəsulovda öz növbəsində atasından miras qalmış bu nadir sənət növünü yaşadaraq, Azərbaycanın hüdüdlarından kənarda da dünyaya tanıdır.

Nəsildən-nəsilə ötrülən bu sənət hal hazırda 3-cü nəsil sayılan Tofiq Rəsulovun övladı, şəbəkə ustası İlqar Rəsulzadə tərəfindən layiqincə davam etdirilir. O, artıq gənc yaşlarında bir çox festifallarda və sərgilərdə Azərbaycanı təmsil edərək, 2018 ci ildə “İlin gənci” adına layiq görülmüşdür.

 

45.6 KB

 

44.3 KB

 

144.9 KB