Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Oğuz rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Ailə Günü” münasibətilə dəyirmi masa təşkil edildi

15.05.2019

15 may 2019-cu il tarixində Oğuz rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Ailə Günü” münasibətilə dəyirmi  masa təşkil edildi.  Dəyirmi masada Mərkəzin əməkdaşları  və Oğuz şəhər 2 saylı orta məktəbin 6-cı sinif şagirdləri iştirak etdilər. Şagirdlər ilk öncə Ulu öndər Heydər Əliyevin həyat  və fəaliyyətinin əks edildiyi ekspozisiya ilə tanış oldular. Daha sonra tədbir dəyirmi masa ətrafında davam etdirildi. Mərkəzin direktoru Mehriban Abbasova “15 may- Beynəlxalq Ailə Günü”nün tarixindən bəhs edərək bildirdi ki,  Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub.  Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə  bu gün hər il  qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən  müqəddəs təməl daşı hesab olunub.  Azərbaycan ailəsi həmişə uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyib: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə  həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”. Həmçinin qeyd edildi ki, ailəni qorumaq üçün birinci növbədə adət-ənənələrimizi, dəyərlərimizi qorumalıyıq. Bu səbəbdən də milli adət-ənənələrimizin, dəyərlərimizin və nəhayət ailələrimizin qorunması ən mühüm vəzifəmiz olmalıdır.

Tədbirdə şagirdlərin ailə haqqında, ailə dəyərləri haqqında düşüncələri, fikirləri dinlənildi.

Daha sonra tədbir iştirakçıları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi” film festivalında seçilmiş  “Ailə bir ağacdır”, “Dəyər” adlı filmlərə tamaşa etdilər.

 

118.4 KB

 

31.9 KB

 

43.3 KB