Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Beynəlxalq Ailə Günü” Şəkinin Baş Küngüt kəndində qeyd olundu

15.05.2019

15 may 2019-cu il tarixdə Baş Küngüt kənd diyarşünaslıq evində, MKS-nin 51 saylı kənd kitabxana filialı və kənd tam orta  məktəbi ilə birgə  “Ailə bəşəriyətin ən böyük kəşfidir” mövzusunda ədəbi-bədii axşam keçirilmişdir. Kənd İcra Nümayəndəsi Şahin İslamov, kənd Poçt Şöbəsinin rəisi Tərlan Hacıyev, məktəbin direktoru Aygün Qasımova, Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov çıxışlarında Azərbaycanda milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq böyüklərə hörmət, kiçiklərə isə qayğı ilə yanaşılmasının vacibliyindən söhbət açdılar. Kənd sakinlərindən, keçmiş mədəniyyət işçisi olan  Əziz və Reyhan Səmədovaların ailə qurmaqlarının 60 illiyi, Ənvər və Rahilə Dadaşovların  ailə ömrünün 50 illiyi və eləcə də digər ağsaqqal və ağbirçəklərin yubileylərini təbrik edib, onlara hədiyyələr təqdim olundu. Kənd sakinləri Ayaz Kərimov, Məlahət İsmayılova, Fikrət Məmmədov, Maral və Bəşarət Nəzirovlar çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıq etmiş bu cür təqdirəlayiq tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişlər. Svetlana Mustafayeva, Gülçin Musayeva, Mahizər Əsədova, diyarşünaslıq evinin direktoru Vüqar Nəzirov, kitabxana filialının müdiri Həqiqət Kərimova da çıxışlarında gələcək nəsillərin tərbiyəsinə müsbət təsir edəcək bu cür maarifləndirici tədbirlərin folklor evində kənd əhalisi ilə birgə müntəzəm qeyd olunduğu bildirilmişdi. Göyçək Kərimovanın hazırladığı bədii hissədə diyarşünaslıq evinin özfəaliyyət kollektivinin ifasında musiqilər, şagirdlərin ifasında “Qönçə qızlar”, “Uzundərə” rəqsləri, B.Vahabzadənin “Qocalar” şeiri, “Qaynana”  filmindən səhnəciklər nümayiş etdirilmişdir.

 

 

46 KB

 

42.5 KB

 

41.4 KB