Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

15.05.2019

15 may “Beynəlxalq Ailə Günü” ilə əlaqədar olaraq Zaqatala rayon Heydər Əliyev Mərkəzində 15 may 2019-cu il tarixində Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Cəmiyyətin əsası olan ailə bəşər yaranandan mövcuddur. Tarixin hər bir mərhələsində, min illər ərzində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Bütün xalqlar ailəyə həmişə yüksək münasibət bəsləyib. Azərbaycan xalqı isə ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən uca tutub. Bu fikir Beynəlxalq Ailə Günü münasibətilə mayın 15-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbirdə çıxış edərək, cəmiyyətin inkişafında ailənin yeri və rolundan danışıb. Vurğulanıb ki, qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulan Azərbaycan ailəsi milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısıdır.

Daha sonra 50 il yoldaşı ilə birgə ömür sürmüş Məhəmməd Əlixanov ailə dəyərlərinin müqəddəsliyindən danışaraq gənclərə gənc ailələrə tövsiyələrini verib.

Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən uzunömürlü və nümunəvi ailələrə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Təbir rəsmi hissədən sonra bədii hissə ilə davam etmişdir.

 

167.2 KB

 

146.7 KB

 

143.2 KB