Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər İ.S.Nakam adına mərkəzi kitabxanada ”Qəlbimin naləsi gözümdən axır” adlı tədbir keçirilib

14.05.2019

14 may 2019 - cu il tarixdə İ.Nakam adına Şəki şəhər Mərkəzi Kitabxanasında Şəki ədəbi mühitinin tanınmış simalarından olan şair Musa Həşimovun təşəbbüsü ilə qəlbi bütün Azərbaycanla döyünən söz ustadı, əslən Nefçaladan olan, şair Azad Qəlbinurun yaradıcılığına həsr olunmuş "Qəlbimin naləsi gözümdən axır" adlı tədbir keçirilib.

Təqbirdə Şəki ədəbi mühitinin nümayəndələri, poeziya sevərlər, kitabxananın əməkdaşları və şəhər sakinləri iştirak ediblər.

Tədbiri kitabxananın əməkdaşı Dilbər Yaqubova açıb. O, tədbir iştirakçılarını salamlayaraq müəllifin kitabxanaya hədiyyə etdiyi kitablardan, kitablarda yazılan şeirlərdən, şeirlərə həkk olunanan talelərdən və duyğulardan danışıb. Sonra söz şair Musa Həşimova verilib. Musa Həşimov şairin bütün həyatını, yaradıcılığını iştirakçılara çatdıraraq ona ithaf etdiyi şeirini oxuyub. Sonra Şəki ziyalıları, nasir Ələsgər Davudoğlu, şair Bəhram Oxudlu, şair Elşad Məmmədli, Zaur İlhamoğlu, Aqşin İbrahimxəlilov və şairin şeirlərini social şəbəkə tərəfindən işləyən Hacı Yaşar Əliyev çıxış ediblər. Çıxışlararasında kitabxananın əməkdaşları Dilbər Yaqubova, Vəfa Əliyeva, Şəfəq Xəlilova, Nərmin Davudova və Nuranə Mirzəyeva kamancanın müşaiyəti ilə şairin şeirlərindən nümunələr səsləndiriblər.

Sonda Musa Həşimov yenidən bir neçə məqama toxunaraq, şairin şeirlərinin qaynaqlandığı ünvanın, onun “İsmiPünhanı”nın – dünyasını dəyişmiş həyat yoldaşının olduğunu söylədi.

 

248.5 KB

 

221.9 KB

 

221.9 KB