Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Balakən rayon Mərkəzi kitabxanada Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar yubiley gecəsi keçirildi

14.05.2019

14 may 2019-cu il tarixdə Balakən rayon Mərkəzi kitabxanada tanınmış dramaturq, şair, yazıçı, teatr xadimi  Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar yubiley gecəsi keçirildi.

Tədbirdə Mərkəzi kitabxananın kollektivi, filial müdirləri, rayon Gənclər və İdman İdarəsinin könüllüləri, müəllimlər, rayon ziyalıları iştirak etdi.

Balakən şəhər kitabxanasının müdiri Gülarə Muradova,  Balakən MKS-nin  işçisi Mehriban Cuxova və dil-ədəbiyyat müəllimi Ayşə Kazımova dramaturq C.Cabbarlının həyatı və ədəbi fəaliyyətindən söhbt açdılar.

Tədbirin bədii hissəsində şagirdlərin ifasında səsləndirilmiş C.Cabbarlının şeirləri və şeirlərinə bəstələnmiş mahnılar yubiley gecəsinə yüksək əhval-ruhiyyə qatdı.

 

84.6 KB

 

71.6 KB

 

111.3 KB