Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Balakən rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir

10.05.2019

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Balakən rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir. Belə ki 1-10 may tarixlərində saat 10:00-dan 18:00-dək Mərkəzdə rayonun müxtəlif məktəblərin şagirdləri üçün ekskursiyalar və film həftəsinə start verilmişdir.

Mayın 1-də Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbin, mayın 2-də Nizami adına şəhər 1 saylı məktəbin, 3 may tarixində Kortala kənd məktəbinin şagird və müəllim kollektivi, 6 may tarixində Balakən peşə məktəbinin, 7 may tarixində isə Qazbölük, Qaysa, Xalatala, Yeni Şərif, Şərif 1 saylı məktəbinin şagirdləri Mərkəzdə olmuşlar. Mərkəzin bələdçisi R.Şərifova şagirdləri Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto stendlər və sənədlərlə yaxından tanış etmiş, Ulu Öndərin keçdiyi şərəfli ömür yolu barədə daha geniş məlumat vermişdir. Sonra Ulu Öndərə həsr olunmuş film nümayiş olunmuşdur.

Mayın 8-də isə Mərkəzdə Ulu Öndərə həsr olunmuş “Şeirlərin ən gözəl ifaçıları” başlığı altında müsabiqə keçirilmişdir. Müsabiqədə rayonun 25 məktəbin 33 şagirdi iştirak etmişdir. Ən gözəl 8 ifaçı münsiflər tərəfindən I, II, III, IV yerlərlə layiq görülmüş, 6 nəfər şagird isə fərqlənmə diplomları və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

 

129.5 KB

 

155.7 KB

 

136.6 KB