Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Qarayev Elvin Cavid oğlu

Şəki Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

1990-cu il mart ayının 12-də Şəki rayonunda anadan olmuşdur. 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitununun Şəki filialında Filologiya fakültəsini bitirərək, Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir. 2012-2014-cü illərdə Qax rayonu Qaradolaq kənd ümumi orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir. 2014-2018-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-qərb bölgəsi üzrə aparıcı məsləhətçi kimi dövlət qulluğunda çalışmışdır. 01 avqust 2018-ci ildən  30 oktyabr 2019-cu ilə qədər ƏƏSM-nin yanında Dövlət Məşğulluq Xidmətinin Şəki rayon məşğulluq mərkəzində məsləhətçi kimi dövlət qulluğunu davam etrmişdir. 2-ci dərəcə dövlət qulluqçusudur. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 31.10.2019-cu il tarixli, 426-k nömrəli əmri ilə 01.11.2019-cu il tarixdən Şəki Regional Mədəniyyət  İdarəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 2 övladı var. 

Telefon: 051 783 20 96

E-poçt: elvin.qarayev.1990@bk.ru

Qəbul günləri: bazar ertəsi-cümə günləri, saat 9:00 - 18:00