Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Struktur və əməkdaşlar

Hacıyeva Şəfəq Sabir qızı

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Baş məsləhətçi (Balakən rayonu üzrə)

1969-cu il may ayının 11-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuşdur. 1992-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsini bitirərək musiqişünaslıq ixtisasına yiyələnmişdir. 1985-ci ildə Babək rayon musiqi məktəbində, 1987-1998-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan orta ixtisas musiqi məktəbində,1996-2005-ci illərdə Balakən rayon uşaq incəsənət məktəbində müəllim işləmişdir. 2006-2011-cı illərdə Bakı Musiqi Akademiyasının dissertantı olmuş, 05.04.2013-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 03 avqust 2015-ci il tarixdən 01 noyabr 2016-ci ilədək Balakən rayon mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Kiçik dövlət qulluqçusudur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 30.12.2016-cı il tarixli, 687-k nömrəli əmri ilə 05.01.2017-ci il tarixdən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi (Balakən rayonu üzrə nümayəndə) vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 2 övladı var. 

Telefon: 051 663 53 33

E-poçt: shafaghajiyeva@gmail.com

Qəbul günləri: bazar ertəsi-cümə günləri, saat 9:00 - 18:00