Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Zeynalova Mirvari İbrahim qızı

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Rəis

1966-cı il dekabr ayının 8-də Şəki şəhərində anadan olmuşdur. 1981-ci ildə Şəki Musiqi Texnikumuna daxil olmuş, 1985-ci ildə həmin texnikumu fortepiano ixtisası üzrə bitirmişdir. 1985-1990-cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə qiyabi təhsil almışdır. 1985-ci ildən Şəki Musiqi Texnikumunda müəllim, 1990-cı ildən FBK-nın sədri, 2000-ci ildən şöbə müdiri, 2009-cu ildən 2013-cü ilin aprel ayınadək tədris işləri üzrə direktor müavini işləmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı və Şəki şəhər İcra Hakimiyyəti Başçısının 19.04.2013-cü il tarixli, 111 saylı əmri ilə 22 aprel 2013-cü il tarixdən 01.11.2016-cı il tarixədək Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2-ci dərəcə dövlət qulluqçusudur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 26 dekabr 2016-cı il tarixli, 619-k nömrəli əmri ilə 05 yanvar 2017-ci il tarixdən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

Telefon: 055 462 07 00

Faks: 24 4 74 93

E-poçt: sheki-regional@mail.ru

Qəbul günləri: Cərşənbə axşamı saat 10:00-11:00, 16:00-18:00